Menu

Polkovnik-leytenantın intiharında Zakir Həsənov ittiham edildi- YENİLƏNİB

07.04.2014, 16:01
Polkovnik-leytenantın intiharında Zakir Həsənov ittiham edildi- YENİLƏNİB

Azərbaycan Ordusunun zabiti intihar edib.Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb.

Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb.

Hadisə yerində rayon Prokurorluğunun əməkdaşları gəlib, intiharın səbəbləri araşdırılır.

Hərbi ekspert Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında bildirib ki, polkovnik leytenant bu yaxınlarda müdafiə naziri Zakir Həsənovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb: “Natiq Malıyevin bu yaxınlarda həyata keçirilən həbslər və cinayətlərin axtarışı ilə bağlı heç bir yaxınlığı olmayıb. Onun ölümü başqa məsələlərlə bağlıdır. Polkovnik-leytenant Natiq Malıyev uzun müddət hərbi hava qüvvələrində çalışıb. Zakir Həsənov nazir təyin edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

Müdafiə nazirin son vaxtlar atdığı addımlar yanlış idi. Onun təcrübəli generalları və zabitləri vəzifəsindən uzaqlaşdırması heç də ürəkaçan deyil. Mən hesab edirəm ki, bu zabitin ölümündə Müdafiə Nazirliyi rəhbərliyinin də günahı var. İşdən çıxarılmağından başqa səbəblər də var. Amma qoy bunu Müdafiə Nazirliyi özü açıqlasın. Dəli deyildir ki, özünü assın. Dəli idisə, orduda saxlamazdılar. Sağlam idisə, deməli, ona qarşı hansısa addımlar atılıb ki, özünü asıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol