Menu

"Ölüm həddinə çatmışam" - Qarabag müharibəsi veteranının şikayəti

04.07.2016, 15:43
"Ölüm həddinə çatmışam" - Qarabag müharibəsi veteranının şikayəti

Cəlilabad rayonu, Privolnoye kəndində yaşayan Qarabağ müharibəsi veteranı, birinci qrup müharibə əlili Səfərov Qabil Fərail oğlu tərəfindən ölkə prezidenti İlham Əliyevə şikayət məktubu göndərilib. Bir nüsxəsi "AzPolitika.info" saytına göndərilən məktubu qısa ixtisarla dərc edirik:

"Mən 22.11.1973 -ci ildə Cəlilabad rayon , Privolnoye kəndində anadan olmuşam. 1992-1994 ci illərdə müddətli həqiqi hərbi xidmətə getmişəm. Ağdamda Fərrux dağında döyüşmüşəm. Döyüşdə yaralanıb Ələt hospitalına gətirilmişəm. Oradan da Lənkəran hospitalına müalicə olunmaq üçün gətirilmişəm. Müalicə olunduqdan sonra isə döyüşə geri qayıtdım. Bu səfər Fizulidə döyüşlərə qatıldım. İki dəfə ağır dərəcədə yaralandım. Alın nahiyəmin sümüyü yoxdur. Sadəcə dəri ilə üzəri örtülüb. Yeriməkdəbelə çətinlik əəkirəm. Bədənim qəlpələrlə doludur. İşləmirəm. Dörd övlad atasıyam.

Cənab prezident, işləyə bilmirəm. Dövlət tərəfindən mənə 228 manat pensiya, 165 manat Prezident təqaüdü,  52  manat uşaq pulu, yəni, cəmi 445 manat pul verilir. Bu günə kimi müraciət etmədiyim orqan yoxdur , ancaq mən evlə hələ də təmin olunmamışam. Hara müraciət etdimsə süründürdülər, aldatdılar. Müraciət etdiyim orqanlar bunlardır: Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Təminat Xidməti,  Ombudsman Elmira Süleymanova,  Səhiyyə Nazirliyi.

Qeyd etdiyim nazirliklərə həm yazılı müraciət etmişəm, həm qəbullarında olmuşam. Hətta Prezident Administrasiyasında da  qəbulda olmuşam. Amma şikayətlərimə baxan yoxdur. Bu gunə kimi kirayədə yaşayıram.  Sanki dövlət tərəfindən unudulmuşam. Sosial yardım üçün müraciət etdim vermədilər. Dedilər ki, sənə sosial yardım düşmür.

Cəlilabadda ev tikilsə də, rayon icra basçısı məni evlə təmin etmədi. Mən bu vətən üçün canımı ortaya qoydum, sağlamlığımdan oldum. Xəstəyəm, yaşaya bilmirəm, ölüm həddinə çatmışam. Amma məmurlar yazdıqlarıma belə fikir vermirlər. KİV-lərdən xahiş edirəm ki, mənim şikayət məktubumun ölkə basçısına çatdırılmasında kömək olsunlar.

Qarabağ müharibə veteranlarına belə münasibət xalqda ruh yüksəlişi yox, ruh düşkünlyü yaradır. Aldığım pensiya çatmır. Müalicə üçün bankdan götürdüyüm pulu belə ödəyə bilmirəm. Amma qanunla dövlət özü müalicəmi pulsuz etdirməlidi. Əgər mənə nəsə olarsa, bunun günahkarı yuxarıda qeyd etdiyim orqanlardır."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol