Menu

Azay Quliyev ATƏT PA-nın vitse prezidenti seçilib

05.07.2016, 13:18

azay_guliyev_160814Tbilisidə ATƏT-in Parlament Assambleyasının prezidenti və vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev səs çoxluğu ilə beynəlxalq təşkilatın vitse-prezidenti seçilib.

Azərbaycanlı nümayəndənin namizədliyini 119 deputat dəstəkləyib.

ATƏT PA-nın prezidenti vəzifəsinə isə Avstriyadan Kristin Muttonen seçilib.

Qeyd edək ki, ATƏT PA-nın prezidenti vəzifəsinə Gürcüstan, Fransa və Avstriyadan olan nümayəndələrin, vitse-prezidentləri postuna isə Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan 4 deputatın namizədliyi irəli sürülmüşdü.

Xatırladaq ki, A.Quliyev 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol