Menu

Ramzan Kadırov Ankaraya səsləndi

05.07.2016, 15:33

ramzanÇeçen lider təhlükəli terrorçuların adlarını açıqlayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov Ankaraya səslənərək Türkiyədə gizlənən çeçen terrorçuların geri verilməsini istəyib. Ans press-in məlumatına görə, bu barədə ölkə rəhbəri öz "İnstagram" səhifəsində terrorizmi pisləyərək yazıb.

"Əgər Türkiyə hökumətinə terrorçularla bağlı məlumatlar lazımdırsa, növbəti dəfə onların adlarını deyirəm. Qeyd edin! Tərxan Qazıyev, Əhməd Umarov, Əhməd Patayev, Şirvani Basayev, Maxran Saidov, Rizvan və Usama Yakubovlar, Aslanbek Vadalov, Movsar Çatayev, Hadi Alasxanov Rüstəm Naurbayev, Şirvani Basayev və onların başçıları Mövladi Uduqov".

Siyasətçinin sözlərinə görə, o, artıq bir neçə dəfə Ankaraya terorçularla bağlı məlumat verib. Amma hər dəfə eyni vədlər alıb. "Biz bilirik ki, xüsusi təhlükəli çeçen cinayətkarları hələlik xaricdə yaşayır. Onlar Çeçenistandan qaçıblar. Çeçen xalqı yüzlərlə qurban hesabına ölkədə terrorizmin kökünü kəsib", - deyə Kadırov qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol