Menu

İcbari tibbi sığorta 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilə bilər

05.07.2016, 16:10
İcbari tibbi sığorta 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilə bilər

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair əlaqədar dövlət qurumları ilə müzakirələr aparır. Eyni zamanda icbari tibbi sığortanın pilot qaydada tətbiqi üzrə rayonların seçilməsi ilə bağlı araşdırmalar davam edir.

Pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək. Pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol