Menu

Üzən məzənnə rejimi Rusiya iqtisadiyyatının böhrandan çıxmasına mane olur

06.07.2016, 14:16
Üzən məzənnə rejimi Rusiya iqtisadiyyatının böhrandan çıxmasına mane olur

Rusiya Bankının (Mərkəzi Bank - red.) üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar neftin kəskin ucuzlaşması dövründəki çətinliklərin öhdəsindən gəlməyə yardım etsə də, ölkə iqtisadiyyatının böhrandan çıxmasına mane olur.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Standard & Poors`s" (S&P) beynəlxalq reytinq agentliyinin analitiki Karen Vartapetov deyib.

"İqtisadiyyatın aşağı neft qiymətlərinə adaptasiya olunmasına yardım edən sistem hələ də artıma səbəb ola bilmir", - deyə analitik qeyd edib.

"Bloomberg" isə qeyd edir ki, rubl amortizasiya funksiyasını yerinə yetirə bilmir.

Cari ilin yanvar-aprel ayları ərzində Rusiya şirkətlərinin məcmu gəlirliliyi 8,3% azalıb. Halbuki, 2015-ci ildə bu göstərici 53% artmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol