Menu

Türkiyədə "Sikorsky" vertolyotlarının qəzası - 2009-cu ildən 8-ci oxşar hadisə

06.07.2016, 14:37
Türkiyədə "Sikorsky" vertolyotlarının qəzası - 2009-cu ildən 8-ci oxşar hadisə

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Sikorsky" vertolyotunun Giresun vilayətində qəzaya uğraması Türkiyədə 2009-cu ildən bu yana 8-ci belə hadisədir.

Trend-in məlumatına görə, bu günədək "Sikorsky" hərbi vertolyotunun qəzaya uğraması nəticəsində 44 türk hərbi qulluqçu ölüb.

Statistika:

2009-cu il, Siirt vilayəti - 2 ölü;

2009-cu il, Giresun vilayəti - 3 ölü;

2012-ci il, 3 qəza - 8 ölü;

2010-2012-ci illər, Əfqanıstandakı qəzalar - 16 türk hərbçi ölüb;

2013-2014-cü illər, 2 qəza - 8 ölü.

Ötən gün Giresun vilayətində baş vermiş qəza nəticəsində isə 7 hərbi qulluqçu həlak olub. Göyərtəsində 15 nəfərin olduğu vertolyotun qəzaya uğramasına əlverişsiz hava şəraitinin səbəb olduğu deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol