Menu

İraq Böyük Britaniyaya qarşı iddia irəli sürəcək - 2003-cü ildəki işğala görə

06.07.2016, 16:41
İraq Böyük Britaniyaya qarşı iddia irəli sürəcək - 2003-cü ildəki işğala görə

İraq parlamenti hökumətdən Böyük Britaniyaya qarşı 2003-cü ildəki işğala görə iddia qaldırmağı tələb edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin deputatı Aliyə Nasıf bildirib.

Bir müddət əvvəl Böyük Britaniyada xüsusi komissiya ABŞ və Britaniyanın İraqa hücuma hazırlıq zamanı ölkə hakimiyyətinin hərəkətlərinin araşdırılmasının nəticələrini açıqlayıb. Komissiya belə bir nəticəyə gəlib ki, baş nazir Toni Blerin rəhbərliyi altında Britaniya hökuməti hücuma başlayaraq, səhvə yol verib.

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler bildirib ki, ölkəsinin İraqa soxulması ilə bağlı səhvlərə görə tam məsuliyyət daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol