Menu

Keçmiş Quantanamo məhbusu Türkiyədə həbs olundu! - İstanbul teraktı ilə əlaqəli bilinir...

07.07.2016, 11:06
Keçmiş Quantanamo məhbusu Türkiyədə həbs olundu! - İstanbul teraktı ilə əlaqəli bilinir...

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, keçmiş Quantanamo məhbusu İstambul aeroportunda törədilmiş seriya terror aktları ilə əlaqəli bilinərək, Türkiyədə həbs olunub.

«Amerikanın səsi» radiosu xəbər verib ki, bu şəxs Tatarstan əsilli Ayrat Vahitovdur. Xəbər hələlik rəsmən təsdiqlənməyib.

Mənbələrin məlumatına görə, Vahitov suriyalılara humanitar yardım işləri ilə məşğul olub, amma heç vaxt Suriyada və ya İraqda döyüşməyib və «İslam dövləti» adlı qruplaşmanın üzvü olmayıb.

Vahitov 2000-ci ildə Rusiya vətəndaşlığından imtina edib və Yaxın Şərq ölkələrinin birində sığınacaq alıb. Sonra o, amerikalılar tərəfindən Əfqanıstanda saxlanıb və ardınca Quantanamo bazasında 2 il məhbus həyatı yaşayıb.

2004-cü ildə onu Rusiya tərəfinə təhvil veriblər - Vahitov burada məhbusluqdan azad olunub. Belə ki, Rusiya məhkəməsi onun terrorla əlaqəsini təsdiqləyən sübut tapmayıb.

Göründüyü kimi, yenə Rusiya «izi»...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol