Menu

Erməni baş nazir yenidən Moskvaya gedir

07.07.2016, 17:18
Erməni baş nazir yenidən Moskvaya gedir

Ermənistanın baş naziri Ovik Abramyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Məlumata görə, nümayəndə heyəti iyulun 8-də Sankt-Peterburqda Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcək.

O. Abramyan bundan əvvəl aprel ayında Moskvaya səfərə gedib. O, səfər çərçivəsində Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edib.

İclas aprelin 12-13 tarixlərində baş tutub. Həmin vaxt erməni baş nazir Rusiyanın baş naziri Dmitri Medvedevlə də görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol