Menu

Qəbirstanlıqda başlayan yanğın digər ərazilərə keçib - FOTOLAR (YENİLƏNİB)

07.07.2016, 17:47
Qəbirstanlıqda başlayan yanğın digər ərazilərə keçib - FOTOLAR (YENİLƏNİB)

Şabran rayonunda baş verən yanğın söndürülüb. “Report”un Şimal bürosu xəbər verir ki, bu gün günorta saatlarında Xaltan qəbirstanlığında başlayan yanğın ümumilikdə 80 hektar əraziyə yayılıb. Yanğından mühafizə xidmətinin, həmçinin rayonda xidmət aparan polis əməkdaşlarının, eləcə də yerli sakinlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub.

Qeyd edək ki, yanğın Şabran meşə massivinə keçməsinə 3 km qalmış söndürülüb.

* * *

Şabran rayonunda qəbirstanlıqda başlayan yanğın genişlənməyə başlayıb.

“Report”un Şimal bürosu xəbər verir ki, əraziyə Şabran yanğından mühafizə xidmətinin 4, həmçinin Siyəzən və Qubadan yanğınsöndürən maşınlar cəlb olunub.

Yanğın Şabranın Dağbilici kənd ərazisinə keçib. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.

Hazırda yanğınsöndürənlər alovun yaxınlıqda yerləşən Şabran meşəsinə keçməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirirlər.

İlkin ehtimallara görə, Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında başlayan yanğına səbəb həmin qəbirstanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbirstanlıqda 300-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, bütün ağacların gövdəsi yanıb.

[gallery columns="5" size="full" ids="232199,232200,232201,232202,232204,232205,232206,232207,232208,232209"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol