Menu

Nepalda daşqın nəticəsində 200-dən çox ev su altında qalıb

07.07.2016, 18:36
Nepalda daşqın nəticəsində 200-dən çox ev su altında qalıb

Çində yaşanan leysan yağışları Nepalda daşqınlara səbəb olub

Çində son günlər müşahidə edilən leysan yağışları səbəbi ilə qonşu Nepalda Bhote Koşi çayı daşaraq məcrasından çıxıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, daşqın nəticəsində 200-dən çox ev su altında qalıb.

Təbii fəlakətdən ən çox Sindupalçok dairəsindəki Tatopani yaşayış məntəqəsinə və ətrafdakı kəndlərə ziyan dəyib.

Dağılmış 200-dən çox evdən başqa, bir o qədər ev risk zonasındadır.

Böyük dağıntılara baxmayaraq, hələlik heç bir itki barədə məlumat yoxdur. Sakinlər vaxtında evlərini tərk ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol