Menu

“Kəpəz” tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib

07.07.2016, 21:21
“Kəpəz” tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib

Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı

Azərbaycanın “Kəpəz” futbol klubu tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib.

“Report” xəbər verir ki, Gəncə komandası Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldova "Daçiya"sını 1:0 hesabı ilə məğlub edərək bu nailiyyətə imza atıb. Kişinyovda keçirilən oyunda yeganə qolu 56-cı dəqiqədə “Kəpəz”in futbolçusu Dario vurub.

Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı.

Növbəti mərhələdə “Kəpəz”in rəqibi Avstriyanın “Admira” klubu olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol