Bu görüntülər Ramazan bayramı günləri Cəlilabad rayon Mərkəzi Xəstəxanasında çəkilib.
Xəstəxanada ağır xəstə olsa da, növbətçi həkim yoxdur. Buna etiraz edən xəstə yaxınları deyir ki, heç bir yardım göstərilmir: "Səhər saat 9-dan burdayam. Göytəpə xəstəxanasından bura yollayıblar. 3-ün yarısıdır, heç kim yoxdu. Belə qansızlıq, vicdansızlıq olar? Belə ağlr xəstəni qoyub hara gediblər? Məni baş həkimin otağına aparıb deyirlər ki, xəstən ağırdır, ölə bilər. Ölə bilərsə, qoyub hara gedirsən? Bu gün 20 dəfə aptekə göndəriblər. Bütün dərmanları özümüz almışıq".
Xəstənin digər yaxını da etiraz edir: "Bizə deyirlər, balaca maşınla xəstəni Bakıya aparın. Aparata qoşulub. Aparatla necə aparaq? Danışanda deyirlər, Avropa srandartları ilə bina tikmişik, ambulans almışıq. Hanı o ambulans? Kim satıb qoyub cibinə? Pulu ilə istəyirik, yenə təcili yardım maşını vermirlər".
Yaxınları xəstənin xadimələrin ümidinə qaldığını deyirlər.


Şərhlər