Menu

İş adamının qətlində təqsirləndirilən daha bir nəfər müəyyənləşib

08.07.2016, 13:29
İş adamının qətlində təqsirləndirilən daha bir nəfər müəyyənləşib

Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda iş adamının qətlinin üstünün açılması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov tutulub, digər şəxs isə müəyyən edilib.

Qeyd edək ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu iyun ayının 16-da yaşadığı evdə qətlə yetirilib. İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol