Menu

Bakıda 100 min manatlıq gəlinliyi məhv etdirən qadın tutuldu

08.07.2016, 13:53
Bakıda 100 min manatlıq gəlinliyi məhv etdirən qadın tutuldu

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsə sifariş verən yaxalanıb.

Gəlinlikləri məhv edən şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib. Hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub.

Zərəçəkənin bir müddət öncə mətbuata verdiyi məlumata görə, gəlinliklərin məhvi nəticəsində ona 100 min manata yaxın ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol