Menu

Ukraynada Xarkov respublikasının yaradıldığı da elan edildi

08.04.2014, 00:20
Ukraynada Xarkov respublikasının yaradıldığı da elan edildi

Ukraynada Xarkov vilayət şurası Xarkov xalq respublikasının yaradılmasını elan edib.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qərar Xarkov vilayət şurasının növbədənkənar toplantısında deputat seçilmiş rusiyameylli fəallar tərəfindən qəbul olunub.

Eyni zamanda, onlar bütün dövlət qurumlarının səlahiyyətlərini öz üzərilərinə götürdüklərini bəyan ediblər.

Xatırladaq ki, Ukraynada Donetsk vilayət şurası Donetsk xalq respublikasının yaradılmasını elan edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Donetsk vilayət şurasının növbədənkənar toplantısında qəbul olunub.

Şura deputatları Donetsk xalq respublikasının dövlət müstəqilliyi haqda bəyanat qəbul ediblər.

Toplantı zamanı həmçinin yeni yaradılmış respublikanın Rusiya Federasiyasına qəbulu haqda qərar verilib.

Donetsk vilayət şurasının binası önündə toplaşan şəxslər bu qərarı “Putin bizə kömək et” şüarı ilə qarşılayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol