Menu

Rusiya helikopteri vuruldu - 2 pilot öldü

09.07.2016, 22:38
Rusiya helikopteri vuruldu - 2 pilot öldü

Suriyanın Palmira şəhərində hökumət qüvvələrinə məxsus helikopterin sınaq uçuşu zamanı terrorçular tərəfindən vurulması nəticəsində 2 rus pilot həlak olub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə ilə bağlı ətraflı informasiya verilməyib.

Suriyanın Palmira şəhərində Mİ-25 helikopterinin İŞİD terrorçuları tərəfindən vurulduğu məlum olub.

Terrorçuların mövqelərini bombalayan helikopterin mərmisi bitdikdən sonra geri qayıtmağa çalışıb. Elə bu zaman helikopter terrorçular tərəfindən raketlə vurulub.

Helikopterdə həlak olan rus pilotlar Riyafaqat Kabibulin və Yevgeni Dolqindir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol