Menu

Əfsanəvi futbolçu, 75 yaşlı Pele üçüncü dəfə evlənir

09.07.2016, 23:59
Əfsanəvi futbolçu, 75 yaşlı Pele üçüncü dəfə evlənir

O, 50 yaşlı Marsiya Sibel Aoki ilə ailə həyatı quracaq

Əfsanəvi braziliyalı futboçu, üçqat dünya çempionu Pele üçüncü dəfə evlənir. "Report" xəbər verir ki, bu barədə " Mirror" məlumat yayıb.

Nəşrin məlumatına görə, 75 yaşlı Pele bu dəfə 50 yaşlı Marsiya Sibel Aoki ilə ailə həyatı quracaq. Onların 6 ildir bir yerdə olduqları bildirilir.

Cütlüyün toyu bir qədər əvvəl Pelenin səhhətində problem yaranması səbəbindən təxirə salınıb.

Qeyd edək ki, Pelenin əvvəlki iki evliliyindən beş övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol