ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) polis əməkdaşı silahlı qaradərili şəxsə bir neçə dəfə atəş açaraq öldürüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın ABC telekanalı məlumat yayıb.
Yerli polisin məlumatına görə, insident iyulun 9-na keçən gecə baş verib.
Öldürülən şəxsin kimliyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Minesota və Luiziana ştatlarında iki qaradərili polis tərəfindən qətlə yetirilib. Bununla bağlı bir neçə şəhərdə baş vermiş iğtişaşlar zamanı 5 polis həlak olub, 7-si yaralanıb.


Şərhlər