Menu

Terrorçu PKK-nın aparıcı fiqurlarından biri - Zərərsizləşdirilib

10.07.2016, 13:02
Terrorçu PKK-nın aparıcı fiqurlarından biri - Zərərsizləşdirilib

Veysi Kaynak: Biz bir terrora qarşı mübarizə aparmaqla yanaşı, ölkəmizin əmin-amanlığını və rifahını düşünürük

Terrorçu PKK qruplaşmasının aparıcıl fiqurlarından sayılan "Bahoz Ərdal" ləqəbli Fehman Hüseyn zərərsizlşdirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə baş nazirinin müavini Veysi Kaynak Ədalət və İnkişaf Partiyasının Elbistan rayon təşkilatı üzvlərinin toplantısındakı çıxışı zamanı bildirib.

"PKK-nın ən əhəmiyətli fiqularından biri olan "Bahoz Ərdal" ləqəbli Fehman Hüseynin mindiyi maşının havaya uçurularaq, zərərsizləşdirildiyi xəbərini aldıq. Biz bir terrora qarşı mübarizə aparmaqla yanaşı, ölkəmizin əmin-amanlığını və rifahını da düşünürük", -deyə baş nazirin müavini vurğulayıb.

"Tel Xamis" adlı Suriyadakı müxalif təşkilatlardan birinin təmsilçisi Xalid əl-Hasekavi bildirib ki, terrorçunun olduğunavtomobil Suriyanın Kamışlı şəhərinin Ximo rayonu ərazisində partladılıb. Həmin partlayışnəticəsində Fehman Hüseynlə yanaşı azı 8 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol