AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştalarında (ABŞ) polis zorakılığına qarşı çıxışlar davam edir. Ötən gecə həmin çıxışlar qarşıdurma və kütləvi həbslərlə nəticələnib.
Minnesota və Luiziana ştatlarında polis tərəfindən iki qaradərilinin öldürülməsindən sonra, ölkənin bir sıra iri şəhərlərində insan kütlələri küçələrə səpələnib.
Bu günlərdə Dallas şəhərində keçirilən mitinq zamanı snayper 5 ağdərili polisi qətlə yetirəndən sonra, polisə yeni qisasalma barədə hədələr daxil olub. Bundan sonra polis departamentinin binasına xüsusi təyinatlılar çağrılıb. Axtarışlar bir nəticə verməyib. Asayiş keşikçiləri görülən tədbirləri profilaktika adlandırıblar.
Texasın cənubundakı San-Antonio meqapolisinin mərkəzində polisin mənzil-qərargahı atəşə tutulub. «dpa» agentliyinin xəbərinə görə, bir nəfər şübhəli saxlanıb.
Luizianada Beton-Ruj şəhəri etirazların mərkəzinə çevrilib. Burada yerli qanun mülki əhaliyə silah gəzdirməyə icazə verdiyindən, «Röyter»in məlumatına görə, bəziləri aksiyaya tapança və ov tüfəngi ilə gəlib. Polisin apardığı uzun-uzadı dilətutmadan sonra, silahları yığmaq mümkün olub. Burada 30 nəfərdən artıq insan saxlanıb.
Ən sərt qarşıdurma Sent-Pole şəhərində (Minnesota ştatı) baş verib. Yerli KİV-in məlumatına görə, minlərlə insan şəhərdən keçən magistral yolu bağlayıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Əvəzində, əsayiş keşikçilərinə butılka və daş parçaları atılıb. Beş nəfər polis xəsarət alıb. Qarşıdurma bir neçə saat davam edib. Nəticədə, polis, etirazçıları tüstü qumbaraları və istiot qazı ilə sıxışdırmağa, ən çox səs-küy salanları isə saxlamağı başlayıb. Xəsarət alanların və saxlanılanların sayı barədə məlumat yoxdur.
Az müddətə olsa da digər şəhərlərdə - Neşvilldə, İndianapolisdə, San-Fransiskoda da yollar bağlanıb. Nyu-Yorkda yüzlərdə insan Beşinci avenyuya çıxaraq, avtomobillərin hərəkətini dayandırıb. Polis 10-la insanın saxlandığını xəbər verib.


Şərhlər