Menu

Ermənistan maliyyə nazirliyinin binası yanır

11.07.2016, 00:51
Ermənistan maliyyə nazirliyinin binası yanır

İrəvanda Ermənistan maliyyə nazirliyinin binasında güclü yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın binanın damında başlayıb.

İlkin məlumata əsasən, alov 600-800 kvadratmetri əhatə edib. Hadisə yerinə 6 yanğınsöndürən briqadası cəlb edilib.

İnsidentin səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol