Menu

DYP reyd keçirib - 80-dən çox sürücü cərimələnib - FOTOLAR

11.07.2016, 10:18
DYP reyd keçirib - 80-dən çox sürücü cərimələnib - FOTOLAR

Yol polisi Qax rayonunda reyd keçirib. "Report"un Şimal-Qərb bürosunun məlumatına görə, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı keçirilən reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) alayının 5-ci tağımının əməkdaşları tərəfindən təşkil edilib.

YPX inspektoru Ramin Soltanov "Report"a bildirib ki, reydin keçirilməsində məqsəd yol nəqliyyat hadisələrinin qarşısını almaqdır: "Yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edən sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Reyd zamanı ümumilikdə 80-dən çox sürücü məsuliyyətə cəlb olunaraq barələrində inzibati qaydada protokollar tərtib edilib".

YPX əməkdaşı bildirib ki, reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

[gallery size="full" columns="4" ids="232970,232971,232972,232973,232974,232975,232976,232977"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol