Menu

"Bavariya" klubunun yeni baş məşqçisi - Karlo Ançelotti

11.07.2016, 15:25
"Bavariya" klubunun yeni baş məşqçisi - Karlo Ançelotti

Tam enerji ilə işə başlayacağım günü səbirsizliklə gözləyirəm

Karlo Ançelotti Almaniyanın "Bavariya" futbol komandasının baş məşqçisi kimi rəsmən təqdim olunub. "Report"un məlumatına görə, 57 yaşlı mütəxəssis bu vəzifədə Xosep Qvardiolanı əvəzləyib.

Qvardiola İngiltərənin "Mançester Siti" komandasının sükanı arxasına keçib.

Ançelotti Münhen klubundakı işləməyin çox xoşuna gəldiyini bildirib: "Bu, mənim üçün yeni təcrübədir. "Bavariya"ya gəldiyim üçün şadam. Tam enerji ilə işə başlayacağım günü səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Karlo Ançelotti "Bavariya"da Covanni Trapattonidən sonra baş məşqçi vəzifəsində çalışan ikinci italiyalıdır. Onun son iş yeri 2013 - 2015-ci illərdə çalışdığı İspaniya "Real Madrid"i olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol