Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xızı rayon Arxiv İdarəsinin əməkdaşı Paşa Məmmədovun məhkəmə prosesi keçirilib.Musavat.com-un məlumatına görə, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan Paşa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Xızı rayon sakini Kərimulla Əkbərovdan 1300 manat rüşvət almaqda təqsirli bilinir.
K.Əkbərovdan torpaq sahəsinə sənəd verəcəyi adı ilə 2500 manat istəyən P.Məmmədov sonda 1300 manata razılaşıb.
Lakin P.Məmmədov vədinə əməl etməyib və K.Əkbərovun şikayəti əsasında 2015-ci ilin iyul ayında həbs edilib.

Şərhlər