Rəmzi komandaya Portuqaliya millisinin dörd futbolçusu daxil edilib
UEFA Fransada dünən başa çatmış Avropa Çempionatı - 2016-nın rəmzi komandasını açıqlayıb.
"Report" xəbər verir ki, rəmzi komandaya çempion Portuqaliya millisindən dörd futbolçu daxil edilib.
Rəmzi komandanın tam tərkibi belədir:
Qapıçı - Ruy Patrisiu (Portuqaliya);
Müdafiəçilər - Coşua Kimmix, Jerom Boatenq (hər ikisi Almaniya), Pepe, Rafael Gerreyro (hər ikisi Portuqaliya);
Yarımmüdafiəçilər - Toni Kroos (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Dmitri Payet (Fransa);
Hücumçular - Antuan Qrizmann (Fransa), Kriştiano Ronaldo (Portuqaliya).
Xatırladaq ki, AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb.

Şərhlər