Menu

Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı bir sıra ikitərəfli saziş imzalanacaq

11.07.2016, 18:03

poroshenko_Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.

Səfər çərçivəsində Ukrayna-Azərbaycan əlaqələrin müxtəlif sahələrdə inkişafına yönəlmiş ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Səfər proqramına Ukrayna prezidentinin Azərbaycanın baş naziri Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşü də daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol