Menu

Bakı küçələrində ikimərtəbəli avtobuslar peyda oldu - FOTO

08.04.2014, 17:05
Bakı küçələrində ikimərtəbəli avtobuslar peyda oldu - FOTO

Hələlik bilet 5 manatadır, ancaq bir neçə gün sonra biletlərin qiyməti yerlilər üçün 10, əcnəbilər üçün 20 manat olacaq

Paytaxt küçələrində ikimərtəbəli avtobuslar şütüyür.Day.az-ın məlumatına görə, bu avtobuslarla Bakı üzrə gəzinti turları təşkil edilir. Turun müddəti 1,5 saatdır. Marşrut Hökumət evindən Bayıl qəsəbəsinədəkdir.

Hələlik bilet 5 manatdır, ancaq bir neçə gün sonra biletlərin qiyməti yerlilər üçün 10, əcnəbilər üçün 20 manat olacaq. Məktəblilər, tələbələr və əlillər də 5 manat verməklə Bakı turlarına qoşula biləcəklər. 6 yaşınadək uşaqlar üçün isə belə avtobuslarda gediş pulsuz olacaq.

Gəzinti avtobuslarının iş qrafiki 11:00-dan 20:00-dəkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol