Dnestryanı problemini rus hərbçilərini qondarma respublikanın ərazisindən çıxarmaqla həll etmək olar. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın Müdafiə naziri Anatoli Şalaru söyləyib.
Onun sözlərinə görə, Dnestryanıda sülhməramlı əməliyyat artıq çoxdan effektivliyini itirib:“Biz beynəlxalq mandatın nəzarəti altında vətəndaş müşahidə missiyasına keçməliyik. 1992-ci ildən bu yana Dnestryanı konflikti ətrafında heç nə dəyişməyib. Üstəlik, Moldovanın şərqində Rusiyanın işğalçı ordusu və sülhməramlıları var. Bu qeyri-qanunidir”.
Qeyd edək ki, 1991-ci ildə Rusiyanın aktiv dəstəyi ilə Dnestryanı konflikti başlayıb. 1992-ci ildə burada rus hərbçiləri yerləşdirilib. Həmin ildən indiyə qədər Dnestryanı Moldovanın mərkəzi hakimiyyətinin nəzarətində deyil.


Şərhlər