Menu

AFFA Ramil Şeydayevlə bağlı FİFA-ya müraciət etdiyini açıqlayıb

13.07.2016, 10:43
AFFA Ramil Şeydayevlə bağlı FİFA-ya müraciət etdiyini açıqlayıb

Futbolçunun Azərbaycan millisində çıxış etməsinin mövcud qaydalara uyğun olub-olmadığı müəyyənləşdiriləcək

AFFA Türkiyənin "Trabzonspor" klubuna keçən Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının hücumçusu Ramil Şeydayevlə bağlı açıqlama yayıb. "Report"un məlumatına görə, qurumun rəsmi saytında bildirilir ki, Şeydayev AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirib.

Onun Azərbaycan millisində çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FIFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb.

FIFA-nın məsələ ilə bağlı qərarı barədə ictimaiyyətə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol