Menu

"Türkiyə ölkəmizi iqtisadi olaraq işğal etməkdədir" - Terrorçu lider

13.07.2016, 11:14
"Türkiyə ölkəmizi iqtisadi olaraq işğal etməkdədir" - Terrorçu lider

Əl Qaidəyə bağlı radikal İslamçı Əl Şebab təşkilatının lideri Əhməd Diriye, Türkiyənin "Somali xalqının düşməni" olduğunu bildirib.

"AzPolitika" xəbər verir ki, Fransız xəbər agentliyi "AFP"nin bildirdiyinə görə Diriye, Çərşənbə axşamı günü nəşr olunan 44 dəqiqəlik səsli mesajında, Somalidəki xarici sülh gücü əsgərlərini, ölkədə talançılıqla məşğul olmaqda günahlandırıb.

Diriye, bəzi ictimai media saytlarında və Əl Şebab radiosunda nəşr olunan mesajında bu ifadələri işlədib: "Türkiyə hökuməti, xalqın düşmənidir. Somali iqtisadiyyatı bu gün, onların müdaxiləsi nəticəsində tamamilə çökməkdədir. Türkiyə bu ölkəni iqtisadi olaraq işğal etməkdədir. Somali iqtisadiyyatını nəzarət altına almışdır və tək istəyi Somali xalqının kasıb qalmasıdır."

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçən ay Somalinin paytaxtı Mogadişu ziyarət etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol