Menu

Arda Turan “Yuventus” klubuna satıldı

13.07.2016, 16:36
Arda Turan “Yuventus” klubuna satıldı

İngiltərə mətbuatı İtaliyanın “Yuventus” klubunun Arda Turanın transferi ilə bağlı “Barselona” ilə razılaşdığını iddia edib.Axar.az xəbər verir ki, Ardanın “Barselona”da gözləntiləri doğrultmadığı, eyni zamanda transferin futbolçunun razılığı ilə həyata keçirildiyi bildirilir.

Razılaşmaya əsasən, italyan klubu Ardanın qarşılığında “Barselona”ya 25 milyon avro ödəyəcək.

Xatırladaq ki, katalonların 35 milyon avroya “Atletiko Madrid” klubundan heyətinə qatdığı türkiyəli futbolçu ötən mövsüm çıxdığı 25 rəsmi matçda 2 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol