Menu

Putinlə Kerrinin müzakirə edəcəyi əsas mövzular açıqlandı

14.07.2016, 07:49
Putinlə Kerrinin müzakirə edəcəyi əsas mövzular açıqlandı

Rusiya prezidenti Vladimir Putin iyulun 14-də Moskvada ABŞ-ın dövlət katibi Con Kerrini qəbul edəcək.

"Report" TASSa istinadən xəbər verir ki,bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Putin iyulun 14-də günü ikinci yarısında Con Kerri və Sergey Lavrovu qəbul edəcək. Suriya, Ukrayna və ikitərəfli münasibətlərər dair məsələlər müzakirə ediləcək", - deyə Peskov vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol