Menu

İran Ermənistanla Azərbaycandan yan keçən nəqliyyat dəhlizi yaradır

14.07.2016, 11:51
İran Ermənistanla Azərbaycandan yan keçən nəqliyyat dəhlizi yaradır

İlk görüşün təxminən ay yarım əvvəl Tehranda keçirilib

Ermənistan, İran, Gürcüstan, Bolqarıstan və Yunanıstan Qara dəniz və Fars körfəzini birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq niyyətindədir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nəqliyyat və Rabitə Nazirliyinin Nəqliyyat İdarəsinin rəis müavini David Melkonyan məlumat verib.

Onun sözlərinə görə, layihənin detallarını müzakirə etmək üçün iyulun 14-15-də Sofiyada görüş keçiriləcək.

D.Melkonyan, həmçinin görüşün bu səpkidə ikinci toplantı olacağını, ilk görüşün təxminən ay yarım əvvəl Tehranda keçirildiyini qeyd edib.

O, hələlik maliyyə məsələsinə toxunulmadığını da dilə gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol