Menu

İlham Əliyev və Petro Poroşenko rus dilində danışmayıblar

14.07.2016, 23:33
İlham Əliyev və Petro Poroşenko rus dilində danışmayıblar

Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Petro Poroşenko ilə İlham Əliyev rus dilindən istifadə etməyiblər. ANS PRESS-in məlumatına görə, iki ölkənin prezidenti rus dilini səlis şəkildə bilsələr də ana dillərində danışmağa üstünlük veriblər. Əliyev və Poroşenko tərcüməçilərdən istifadə edib.

Petro Poroşenko iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukraynanın prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Petro Poroşenkonu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Pyotr Poroşenko və Yaqub Eyyubov

Azərbaycan və Ukrayna 1991-ci ilə qədər Sovet birliyinin üzvü olub. Hansı ki, rəsmi dil rus dili olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol