Menu

​Aprel döyüşləri Ermənistana sərmayə qoyuluşuna mənfi təsir göstərib

15.07.2016, 13:51
​Aprel döyüşləri Ermənistana sərmayə qoyuluşuna mənfi təsir göstərib

"Aprel döyüşləri Ermənistana xarici sərmayə qoyulmasına mənfi təsir göstərib".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Robert Arutyunayn iyulun 15-də Yerevanda jurnalistlərə bildirib.

"İş adamlarının qənaətincə, Ermənistandakı qeyri-sabitlik sərmayə qoyulmasında problem yaradır", - deyə nazir müavini vurğulayıb.

R.Arutyunayn deyib ki, ölkəsinin xaricdəki diplomatik korpusu sərmayədarlara hadisələrin Ermənistandan kənarda olduğunu söyləməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol