Menu

Şoyqu Rusiyanın planlarını açıqladı - "Münaqişələr baş qaldıra bilər"

15.07.2016, 17:00

soyquDünyada, o cümldən, Mərkəzi Asiyadakı və Zaqafqaziyadakı postsovet dövlətlərində yeni hərbi münaqişələrin baş qaldırma ehtimalı böyükdür. Bu fikri Rusiyanın müdafiə naziri Sergey Şoyqu «Suriyada silahlı qüvvələrin tətbiqinin hərbi-siyasi yekunları və əsas strateji nəticələri» mövzusunda keçirilmiş hərbi-elmi konfransda səsləndirib.

«Vəziyyətin dünyadakı inkişafının analizi göstərir ki, yaxın perspektivdə hərbi münaqişələrin baş qaldırma ehtimalı qalır» - deyə, nazir qeyd edib. Onun sözlərinə görə, Suriyadakına bənzər böhranlı vəziyyət ixtiyari ölkəyə, o cümlədən, Mərkəzi Asiyadakı və Cənubi Qafqazdakı postsovet dövlətlərinə «sırına» bilər.

«Belə şəraitdə Rusiya bütün potensial təhdidlərə adekvat reaksiya verəcək» - deyə, Şoyqu əlavə edib.

Rusiyalı nazirin ifadə tərzindən açıqca hiss olunur ki, onun bu fikiri elmi proqnoz yox, sadəcə «proqnoz-plan»dır və bütünlüklə, Rusiyanın sözügedən bölgə və ölkələrdə cərəyan edən proseslərə aqressivcə müdaxilə etməsi istiqamətində bir tramplin rolunu oynayır. Başqa sözlə, vəziyyəti gərginləşdir və ardınca proseslərə təcavüzkarcasına müdaxilə et...

Belə ssenari artıq 20- ildən çoxdur ki, Dağlıq Qarabağda, Abxaziyada, Cənubi Osetiyada, Dnestryanında tətbiq olunur. Son bir neçə ildə isə Ukraynanın cənubunda işə salınıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol