Türkiyədə dövlət çevrilişinə cəhd hadisələrində yeniliklər ard-arda gəlməkdə davam edir.
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, İstanbulda hərbi çevrilişə cəhd edən bir polkovnik və 3 əsgər polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, hərbi çevrilişə cəhd edənlərin tutulması davam etdirilir.
Qeyd edək ki, vətəndaşlar "Demokratiyaya sahib çıxırıq" şüarı ilə küçələrə axışır.


Şərhlər