Menu

Fətullahçılar helikopterdən vətəndaşlara atəş acdı- 17 polis şəhid olub

16.07.2016, 03:21
Fətullahçılar helikopterdən vətəndaşlara atəş acdı- 17 polis şəhid olub

İstanbul və Sakaryada dövlət çevrilişinə etiraz etmək istəyənlərə atəş açılıb. ANS PRESS-in məlumatına görə, küçələrə axışan insanlar ilə əsgərlər arasında çaxnaşma olub. İstanbulun bir çox yerində insanlar küçələrə çıxaraq orduya etiraz edirlər.

Ankarada Baş Qərargah qarşısında və İstanbul Polis İdarəsinin qarşısında əhalinin tankların üzərinə çıxaraq, hərbi çevrilişə etiraz etdiyi bildirilir.

İstanbulda Boğaz körpüsündə helikopterdən vətəndaşlara atəş açılıb. 10-na yaxın insanın yaralandığı bildirilir.

İstanbulda Boğaz körpüsündə helikopterdən vətəndaşlara atəş açılıb. 10-na yaxın insanın yaralandığı bildirilir.

Son məlumata görə,Türkiyədə hərbi çevrilişi zamanı 17 polis həyatını itirib.

Əsgərlər Gölbaşı özəl hərəkat dairəsinə hücum edib, nəticədə, 17 polis şəhid olub.

Son məlumata görə, hərbi çevrilişə cəhd edənlərin bir qismi artıq saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol