Bir neçə saatdır ki, uçuşların dayandırıldığı Atatürk Hava Limanına biz az öncə Türkiyə Hava Yollarının ilk təyyarəsi eniş edib. Bu barədə Türkiyə mediası xəbər verib. Məlumata görə, Vətən küçəsi tanklardan təmizlənib. Belə ki, Türkiyə prezidentinin meydanlara və hava limanlarına dəvətlə bağlı çağırışından sonra küçələrə axışan vətəndaşların təpkisindən, hətta tankların üstünə çıxmasından sonra hərbçilər hərbi texnikanı geri çəkiblər. Bu zaman bir neçə əsgər polis tərəfindən saxlanılıb və dindirilmək üçün aparılıb.
Məlumata görə, yaşanan qarşıdurma zamanı təəssüf ki, yaralananlar da olub. Təcili yardım maşınları ilə xəstəxanalara aparılanlar da var.
R.T.Ərdoğanın xalqa çağırışının ardınca küçələrə axışanların ardı-arası kəsilmir. Prezidentin çağırışından, xalqa “meydanlara gedin” xitabından sonra ölkə prezidentinin səsinə ilk səs verənlər arasında izmirlilər olub. İzmirin Cümhuriyyət meydanından tarixi Saat qülləsinə qədər izdiham yaşanıb.
Hazırda Türkiyənin bütün ərazisindəki camilərin minarələrində işıqlar yandırılıb və azan səslənir. Bunun səbəbləri barədə “HaberTürk”ə açıqlama verən Türkiyə diyanət işləri naziri Mehmet Görməz deyib ki, bu göstərişi o verib: “Bu gücə bütün minarələrin işığı yanacaq və azan verilərək bütün millətimiz öz hüququna sahib çıxmağa dəvət ediləcək. Məscidlərimiz sabaha qədər açıqdır. Amma minarələrimizdən millətimiz öz hüquqlarına sahib çıxmağa dəvət ediləcək”.


Şərhlər