Menu

Baş Qərargah rəisi və Ərdoğanın köməkçisi - Girov götürülüb

16.07.2016, 05:40

BASBAKAN ERDOGAN TBMM GRUP TOPLANTISINDA KONUSTU"AzPolitika" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Havalimanında verdiyi açıqlamada, Baş Qərargah rəisi Hulisi Akarın və  köməkçisnin girov götürüldüyünü bildirib. Ərdoğan: "Mənim köməkçimi, Baş Qərargah rəisini girov götürməklə nə etmək istəyirsiniz? Mən Marmarada idim ordan çıxdıqdan sonra mənim olduğum yeri vurublar, o tankları biz düşmən üçün almışdıq, biz o tankları almamışdıq ki, öz xalqımıza qarşı istifadə edəsiniz, biz o F-16-ları da düşmən üçün almışıq, indi isə başımızın üstündə uçur, məni, yəni prezidenti təhdid edirlər, vətənimizə xəyanət etdilər, bunlar Pensilvaniyadan göstəriş alırlar, bunlar terroristdirlər, bunun bədəli çox ağır olacaqdır, xalqımız vəziyyət düzəlməyənə qədər meydanları tərk etməsin" deyə canlı yayımda açıqlama verib.

Prezidentin açıqlamasından məlum olur ki, ordu birbaşa Ərdoğanı öldürmək niyyətində imiş. Ancaq zamanlama xatası etdikləri üçün Ərdoğanın olduğu yerə bomba atılanda prezident orda olmayıb. Hazırda isə CNN Türk kanalı ilə yanaşı, "Hürriyət" qəzetinin də binası ələ keçirilmiş vəziyyətdədir

Xatırladaq ki, Baş nazir Binali Yıldırım bir neçə saat bundan qabaq verdiyi açıqlamada Baş Qərargah rəisinin işinin başında olduğunu bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol