Menu

Ərdoğanın sarayı bombalanıb - 5 nəfər ölüb, yaralananlar var

16.07.2016, 09:21
Ərdoğanın sarayı bombalanıb - 5 nəfər ölüb, yaralananlar var

Ankarada Beştəpə ərazisində yerləşən prezident sarayı hərbi aviasyanın zərbələrinə uğrayıb.

“Report” NTV telekanalına istinadən xəbər verir ki, iğtişaşçılar tərəfindən endirilən zərbələr zamanı 5 nəfər həlak olub, yaralananlar var.

Hadisə yerindən qara tüstü qalxır.

Qeyd edək ki, ötən saat ərzində Ankarada sakitçilik hökm sürürdü, hərbi aviasiya uçuşları görünmürdü, lakin saat 7.00-dan etibarən yenidən atəş səsləri ucalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol