Menu

Türkiyənin Azərbaycandakı səfirliyi son hadisələrlə bağlı açıqlama yaydı

16.07.2016, 09:30
Türkiyənin Azərbaycandakı səfirliyi son hadisələrlə bağlı açıqlama yaydı

"Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir". Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd olunub: "Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir".

Səfirliyin açıqlamasında bunun Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə olmadığını da qeyd edib: "Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol