Menu

Qiyamçılar hava qüvvələri komandanını öz qızının toyunda qaçırıblar

16.07.2016, 14:01
Qiyamçılar hava qüvvələri komandanını öz qızının toyunda qaçırıblar

Türkiyədə 15 iyul hərbi çevrilişini həyata keçirənlərin bu qədər asanlıqla komanda qərargahlarını ələ keçirmə səbəbləri yavaş-yavaş üzə çıxır.Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə qiyamçılar Hava Qüvvələri komandanı, ordu generalı Abidin Ünalı toyda qaçırıblar.

Belə ki dünən gecə Hava Qüvvələri komandanlarından ordu generalı Mehmet Şanverin qızının toyu olubmuş.

Toyun gedişində bir helkopter toy keçirilən məkana enib və helikopterədən düşənlər havaya atəş açaraq ordu generalı Ünal və Şanverlə birlikdə, bir çox yüksək rütbəli zabitləri əsir alıblar.

Hazırda həmin generalların azad edildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol