Menu

“Biz Ukrayna hakimiyyətini tanımasaq da...”

09.04.2014, 18:07
“Biz Ukrayna hakimiyyətini tanımasaq da...”

Rusiya Ukrayna hakimiyyətini tanımasa da, bu ölkənin iqtisadiyyatını subsidiyalaşdırmaqda davam edir. Lakin belə vəziyyət çox davam edə bilməz.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin iclasında çıxış edib.

“Bəlli olduğu kimi avropalı tərəfdaşlarımız Ukraynanın hazırkı hakimiyyətinin legitimliyini tanıyır, lakin bu ölkəni dəstəkləmək üçün heç nə etmirlər. Biz isə Ukraynanı iqtisadi cəhətdən dəstəkləyirik, onun iqtisadiyyatına milyardlarla dollarlıq subsidiya ayırırıq. Bu cür çox davam edə bilməz. Bir daha qeyd etmək istəyirəm ki, olan-qalanı dağıtmamaq üçün çox diqqətlə hərəkət etməliyik”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol