Menu

“Nurçular mənə böyük zərbə vurdular”- Yaqub Mahmudov

09.04.2014, 20:12
“Nurçular mənə böyük zərbə vurdular”- Yaqub Mahmudov

“Azərbaycanda bir sıra strukturlarda müəyyən təriqətlərə işləyən insanlar var. Bunlardan biri də nruçuluqdur. Onlar bizim ardıcıl olaraq milli təəssübkeşlik ruhunda fəaliyyyət göstərən alimlərə zərbə vururlar”.

Bunu modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib. Deputat bildirib ki, bir alim olaraq bu zərbəni şəxsən hiss edib: “Mənim 75 illiyimdən 1-2 gün öncə onların təhriki ilə mənə böyük zərbə vuruldu. Ancaq mən o zərbəni şərəflə qəbul edirəm. Çünki mən bilirəm ki, o zərbənin ucu xaricə və onlara xidmət edən daxili qüvvələrə gedib dirənir. Bizim arxamızda xalqımız, prezidentimiz var. Ona görə də belə qüvvələr bizə güc gələ bilməz”.

Amma deputat-direktor bu zərbənin konkret nədən ibarət olduğuna aydınlıq gətirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol