Türkiyənin bir neçə şəhərində polis əməkdaşlarının həbs edilməsi və işdən uzaqlaşdırılması davam edir.
"AzPolitika" NTV telekanalına istinadən bildirir ki, Türkiyənin bir neçə şəhərində, dövləti ələ keçirməyə cəhd edənlərə qarşı əməliyyatlar davam edir. Xəbər verdiyimiz kimi Batmanda 42 və Şanlıurfa şəhərində isə 20 polis əməkdaşı işdən uzaqlaşdırılıb.
Verilən ən son məlumata görə ən böyük əməliyyat paytaxt Ankara şəhərində baş tutub. Belə ki, 149 polis əməkdaşının həbs edildiyi bildirilir. Həbslərin davam edəcəyi gözlənilir.

Şərhlər