Menu

Ardadan Ərdoğana: "Mənim Ali Baş Komandanım sizsiniz…"

19.07.2016, 12:09
Ardadan Ərdoğana: "Mənim Ali Baş Komandanım sizsiniz…"

İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turan hərbi çevrilişə cəhddən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyini nümayiş etdirib.

Axar.az xəbər verir ki, İnstaqram hesabında prezidentlə çəkdirdiyi şəkli paylaşan məşhur futbolçu sonadək Ərdoğanın yanında olacağını deyib:“İndi siz “yaltaq” deyirsiniz, deyin. Həyatı boyu dövlətin heç bir qurumundan yardım istəməyən biri olaraq yazıram. Xəstələndik, axtardın. Kədərləndik, axtardın. Sevindik, axtardın. Allahın salamını göndərdik, axtardın. Dünyanın hər yerində sahib çıxdın. Sizinlə danışarkən “siz” belə demədik. Hər dəfə böyük qardaşlıq etdiniz, sahib çıxdınız. Bu gün sizin üçün çətin gündürsə, yanınızdayıq. İnanıram ki, bu ölkəni, vətəndaşları yenidən birləşdirəcəksiniz. Allah iki dünyada sizi xoşbəxt etsin. Mənim vicdanımdakı vəfa sevgiylə… Mənim Ali Baş Komandanım sizsiniz, istənilən halda. (Futbolçuyam, tərəfim var, fikirm var, azadam) #yaşasıntürkiyecumhuriyeti”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol