Menu

Türkiyə Silahlı Qüvvələri: "Hərbi qiyam tamamilə yatırılıb"

19.07.2016, 14:46
Türkiyə Silahlı Qüvvələri: "Hərbi qiyam tamamilə yatırılıb"

Türkiyə Silahlı Qüvvələri hərbi çevriliş cəhdi ilə bağlı rəsmi məlumat yayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatda iyulun 15-də axşam saatlarında başlanmış qiyamın iyulun 17-də saat 16:00-da bütün ölkə daxilində tamamilə yatırıldığı qeyd olunub.

"Türkiyə Silahlı Qüvvələrinin bazasında yuvalanmış qeyri-qanuni dəstəyə mənsub olan terrorçu xainlərin (FETO) təşəbbüsləri tamamilə puça çıxarılıb və hazırda Silahlı Qüvvələrin birlik və müəssisələrində tam nəzarət təmin olunub", - deyə məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol